Tramp "The New York Times"ı məhkəməyə verir
ABŞ Prezidenti Donald Tramp "The New York Times" qəzetini fəaliyyəti haqqında məlumatları qəsdən təhrif etməkdə və yalan məlumatlar yaymaqda ittiham edib.
AFN.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünə məxsus "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"The New York Times"ın fəaliyyətimi işıqlandırması qəsdən təhrif olunur. Tezliklə bu fırıldaqçılara qarşı məhkəmə prosesində necə çıxış edəcəyimi görəcəksiniz! Yalan xəbərlər olmaz", - deyə Tramp bildirib.
Xatırladaq ki, Amerika lideri daha əvvəl sözügedən nəşrə qarşı 15 milyard dollar məbləğində təzminat davası açıb. O, qəzeti 2024-cü il prezident seçkiləri zamanı rəqibi Kamala Harrisə açıq dəstək nümayiş etdirməkdə, həmçinin özü, ailə üzvləri və yaxın çevrəsi haqqında böhtan xarakterli materiallar dərc etməkdə günahlandırır.

