ABŞ və İsrail İranın Natanzdakı nüvə obyektinə zərbə endirib


ABŞ və İsrail qüvvələri İranın Natanzdakı nüvə obyektinə hücum edib, radioaktiv material sızması qeydə alınmayıb.

AFN.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, zərbə martın 21-i səhər saatlarında endirilib. İslam Respublikasının Nüvə Enerjisi Təşkilatı tərəfindən aparılan ölçmələr nəticəsində radiasiya çirklənməsinin olmadığı müəyyən edilib. Həmçinin bildirilir ki, ətraf ərazilərdə yaşayan sakinlərin həyat və sağlamlığı üçün heç bir təhlükə yoxdur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu