ABŞ ordusu: İrana hücumlarda yaralanan əsgər sayı 200-ə çatdı
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins ABŞ və İsrailin İrana hücumlarının başlamasından bəri yaralanan ABŞ əsgərlərinin sayının 200-ə yüksəldiyini bildirib.
AFN.az xəbər verir ki, Hokins ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hücumlarda yaralanan ABŞ hərbçilərinin sayı ilə bağlı bəyanat verib.
Hücumların başlanğıcından bəri 200-ə qədər ABŞ əsgərinin yaralandığını qeyd edən Hokins, onlardan 10-nun vəziyyətinin ağır qiymətləndirildiyini diqqətə çatdırıb. Digər tərəfdən, Hokins yaralanan əsgərlərdən 180-dən çoxunun artıq xidmətə qayıtdığını ifadə edib.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Parnel martın 10-da verdiyi bəyanatda ölkəsi ilə İsrailin İrana qarşı hücumlarından sonra 8-i ağır olmaqla 140-a yaxın ABŞ əsgərinin yaralandığını bildirmişdi. Lakin son rəqəmlər itkilərin artmaqda davam etdiyini göstərir.
