Küveyt ordusu 6 PUA-nı vurduğunu elan etdi



Küveyt Milli Qvardiyası ölkənin şimal və cənubundakı məsuliyyət zonalarında 6 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu elan edib.

AFN.az xəbər verir ki, Küveyt Milli Qvardiyasının sözçüsü briqada generalı Cadan Fazıl Cadan sosial media hesabı vasitəsilə mühüm strateji bölgələrdə 6 PUA-nın zərərsizləşdirildiyini bildirib.

Sözçü Cadan bu addımın təhlükəsizliyin gücləndirilməsi, həyati əhəmiyyətli obyektlərin qorunması və potensial təhdidlərə qarşı mübarizə səylərinin bir hissəsi olduğunu ifadə edib.

Küveyt Müdafiə Nazirliyindən verilən rəsmi məlumatda isə ölkəyə ümumilikdə 238 raket və ən azı 430 PUA hücumunun həyata keçirildiyi, xüsusilə cənub və şimal bölgələrində intensivləşən bu hücumların böyük ölçüdə qarşısının alındığı qeyd olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu