Səudiyyə Ərəbistanında neft yatağına edilən 7 PUA hücumunun qarşısı alınıb



Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ölkənin cənub-şərqində yerləşən Şeybə neft yatağını hədəf alan 7 pilotsuz uçuş aparatı (PUA) hücumunun qarşısının alındığını açıqlayıb.

AFN.az xəbər verir ki, nazirliyin "X" sosial media platformasındakı hesabından verilən bəyanatda PUA hücumları barədə ətraflı məlumat paylaşılıb. Açıqlamada ölkənin cənub-şərqində, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sərhədi yaxınlığındakı strateji obyektə səhər saatlarından etibarən təşkil edilən hücumların dəf edildiyi və PUA-ların hamısının məhv edildiyi bildirilib.

Bundan əlavə, bəyanatda Covf bölgəsinin şərqində də müəyyən edilən bir PUA-nın zərərsizləşdirildiyi qeyd olunub. Nazirlik ölkənin enerji infrastrukturunu qorumaq üçün bütün imkanların səfərbər edildiyini vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu