Polşanın şərqində naməlum pilotsuz uçuş aparatı tapılıb
Polşanın şimal-şərqində, Veliki Lençk qəsəbəsində dron olduğu güman edilən naməlum obyekt şkarlanıb.
AFN.az xəbər verir ki, bu barədə ölkənin hərbi jandarmeriya xidməti məlumat yayıb.
Açıqlamada qeyd olunub: “Elblonq hərbi jandarmeriya bölməsi, Olştyn-Cənub Hərbi İşlər Prokurorluğunun nəzarəti altında, Dzyaldovsk rayonunun Veliki Lençk qəsəbəsində tapılan naməlum uçan obyekt üzrə əməliyyat tədbirləri aparır”. RMF FM radiosu isə yerli polisə istinadla bildirir ki, bu obyekt qarğıdalı sahəsində kombayn operatoru tərəfindən aşkar edilib və sentyabrın 9-dan 10-na keçən gecə Polşanın şərqində və mərkəzində düşmüş tuş-dronlardan biri ola bilər.
Sentyabrın 10-u səhər Polşa ordusunun əməliyyat komandanlığı ölkə hava məkanını pozan bir neçə PUA-nın məhv edildiyini açıqlayıb. Baş nazir Donald Tusk bildirib ki, 9-dan 10-na keçən gecə hava məkanında 19 pozuntu qeydə alınıb. Hadisə ilə bağlı Polşanın xahişi ilə NATO Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini işə salaraq alyans üzvləri ilə məsləhətləşmələrə başlayıb.

