Tusk: Polşa hava məkanına daxil olan 19 İHA-dan 3-nü vurub


Polşa sentyabrın 9-dan 10-na keçən gecə hava məkanına daxil olan 19 PUA-dan 3-nü vurub.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.

"Hava məkanına 19 müdaxilə qeydə alınıb və dəqiqliklə izlənilib. Bu, yekun məlumat deyil", - deyə Tusk Seymdə (Polşa parlamentinin aşağı palatası) bildirib. Polşanın baş naziri əlavə edib ki, vurulan üç PUA ilə bağlı məlumat təsdiqlənib və onların yeri ilə bağlı məlumatlar daxil olur.

Polşanın hava sərhədlərinin pozulması bütün gecə ərzində qeydə alınıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu