Polşa Seymi Donald Tusk hökumətinə etimad etdi

Polşa seymi (parlamentin aşağı palatası) Donald Tuskun koalisiya hökumətinə etimad səsi verib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, 243 deputat hökumətin lehinə səs verib ki, bu da hakim koalisiyadan olan xalq nümayəndələrinin ümumi sayından 1 nəfər çoxdur. Səsvermədə iştirak edən 453 deputatdan 210-u əleyhinə səs verib.
Tusk bu yaxınlarda Seymdən onun hökumətinə etimad səsverməsinə səs verməyi xahiş edib, bu qərar hakim koalisiyanın namizədi Rafal Trzaskovskinin iyunun 1-də keçirilən prezident seçkilərinin ikinci turunda məğlub olması fonunda qəbul edilib.
İyunun 1-də Polşada prezident seçkilərinin ikinci turu keçirilib. Qələbəni 50,89% səs toplayan müxalif “Hüquq və Ədalət” partiyasının namizədi Karol Navroçki qazanıb, Trzaskovski isə ondan təxminən 370 min səslə geri qalıb.