Tramp Polşada keçirilən prezident seçkilərinin qalibini təbrik etdi


ABŞ prezidenti Donald Tramp Polşada keçirilən prezident seçkilərində Karol Navroçkinin qələbəsinə münasibət bildirib.



AFN.az xəbər verir ki, o, “Truth Social” sosial şəbəkəsində yazıb: “Təbrik edirəm Polşa, siz qalib seçdiniz”.



Bundan əvvəl ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem hakim Vətəndaş Koalisiyası partiyasının namizədi Rafal Trzaskovskini tənqid edib və müxalifətin namizədi Karol Navroçkini dəstəkləyib. O, polyakların Trampla əməkdaşlıq edəcək lider seçəcəyi təqdirdə ABŞ-ın dəstəyini, o cümlədən hərbi iştirakını vəd edib.



İyunun 1-də Polşada prezident seçkilərinin ikinci turu keçirilib. Dövlət Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 100%-i emal edilib və Karol Navroçki 50,89 faiz səslə prezident seçkilərinin ikinci turunda qalib gəlib. Onun rəqibi Rafal Trzaskovski isə 49,11% səs toplayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu