Trampın qalib gəldiyi prezident seçkilərinin nəticələri rəsmiləşib


2024-cü il noyabrın 5-də Respublikaçı Donald Trampın qalib gəldiyi prezident seçkilərinin nəticələri Konqresin birgə iclasında Seçicilər Kollegiyasının səsləri hesablandıqdan sonra rəsmiləşib.



ABŞ-da son dövrlərin ən mühüm prezidentlik yarışında qalib gələn Trampın ikinci dəfə prezidentliyə başlamasından bir müddət əvvəl Konqresdə keçirilən birgə iclasla seçki prosesinin yekun proseduru tamamlanıb.

Noyabrın 5-də keçirilən seçkilərdə Demokratların namizədi, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin sədrliyi ilə keçirilən birgə iclasda ştatların Seçicilər Kollegiyasının səsləri bir-bir oxunub.

Səslərin hesablanmasından sonra Trampın prezident seçkilərində ümumilikdə 312 Seçici Kollegiyasının səsini qazanaraq qalib gəldiyi rəsmiləşib. Demokrat Harris seçkilərdə olduğu kimi 226 nümayəndənin səsini toplayıb.

Yanvarın 20-də ikinci dəfə prezident kimi and içəcək Tramp ABŞ-ın 47-ci prezidenti vəzifəsini icra edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu