İsrail öldürülən İran rəsmilərinin siyahısını açıqladı


İsrail Müdafiə Qüvvələri son hava zərbələri nəticəsində zərərsizləşdirilən İranın yüksək rütbəli rəsmilərinin adlarını ictimaiyyətə təqdim edib.

AFN.az xəbər verir ki, yenilənmiş siyahıda Tehranın hərbi elitası, SEPAH komandanlığı və proksi şəbəkələrinə rəhbərlik edən əsas fiqurlar yer alıb.

Məlumata görə, İsrail kəşfiyyatının hədəf aldığı şəxslər İranın hərbi doktrinasının icrasında birbaşa məsuliyyət daşıyıblar. Siyahıda aşağıdakı şəxslərin adları rəsmən qeyd olunub:

  • Ayətullah Əli Xamenei (İranın Ali Dini Rəhbəri);
  • Məhəmməd Pəkpur (SEPAH-ın Quru Qoşunlarının komandanı);
  • Əli Şamxani (Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi və müşavir);
  • Əziz Nəsirzadə (İranın müdafiə naziri);
  • Əli Şirazi (Ali rəhbərin hərbi məsələlər üzrə xüsusi nümayəndəsi).

Bundan əlavə, SEPAH-ın raket texnologiyaları və kəşfiyyat idarələrinin bir neçə yüksək rütbəli zabitinin, həmçinin regiondakı silahlı qruplaşmalarla əlaqələri tənzimləyən koordinatorların da öldürüldüyü bildirilir.

İsrail hərbi rəhbərliyi bəyan edib ki, bu şəxslər İranın regional hərbi strategiyasının əsas qurucuları hesab olunurdular. Onların sıradan çıxarılması Tehranın həm ölkə daxilində, həm də Yaxın Şərqdəki hərbi manevr imkanlarını minimuma endirmiş olacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu