KİV: İsrail SEPAH-ın raket istehsalı üçün kosmik mərkəzinə hücum edib


İsrail oktyabrın 26-da İranın Semnan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) idarə etdiyi Şahrud kosmik mərkəzinə hücum edib.


AFN.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) Amerikanın “Planet Labs” operatorunun yeni peyk görüntülərinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, bərk raket mühərrikləri Şahrudun mərkəzi binasında istehsal olunur. Onlar İranın İsraili vura biləcəyi orta mənzilli ballistik raketlərin kütləvi istehsalı üçün istifadə edilir.

Nəşr yazır ki, son illərdə SEPAH İran Silahlı Qüvvələrinin proqramından ayrı olaraq özünün raket istehsalı proqramını hazırlayıb.

Qəzet həmçinin bildirir ki, İsrail mərkəzdən əlavə, neft emalı və neft-kimya zavodlarını qorumaq üçün hücumları dəf edən İranın hava hücumundan müdafiə sistemlərini, eləcə də İranın cənubundakı böyük qaz yatağı və limanını məhv edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu