Səudiyyə Ərəbistanı İrana hücumlara qoşuldu
Səudiyyə Ərəbistanı ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi ittifaqa daxil olduğunu rəsmən elan edib.
Ölkə kralının birbaşa sanksiyası ilə qəbul edilən bu qərar, Krallığın illərdir davam edən ehtiyatlı neytrallıq siyasətinə son qoyması deməkdir.
AFN.az-ın məlumatına görə, rəsmi Riyad artıq ABŞ-ın İrandakı strateji və hərbi hədəflərinə qarşı əməliyyatlarını tam dəstəkləyəcəyini bəyan edib. Əvvəllər hava məkanını hərbi əməliyyatlar üçün bağlayacağını bildirən Krallığın bu kəskin mövqe dəyişikliyi, Pentaqonun nüvə obyektlərini hədəf alan "Epic Fury" əməliyyatı ilə eyni vaxta düşüb.
Müşahidəçilərə görə, bu qərar Yaxın Şərqdə müharibənin miqyasını nəzarətdən çıxara bilər. Hazırda regionun bütün hava hücumundan müdafiə sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib.


