ABŞ Yaxın Şərqdəki bazalarını gücləndirir


Vaşinqtonun İrana qarşı hücumlara qoşulacağı ilə bağlı müzakirələrin fonunda ABŞ ordusunun Yaxın Şərqdəki hərbi bazalarına çox sayda hərbi yük təyyarəsi ilə gücləndirmə apardığı bildirilib.



"Flight Radar" platformasında yer alan xəritəyə əsasən, son 24 saat ərzində Avropanın müxtəlif bölgələrindən havaya qalxan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təxminən 20 hərbi yük təyyarəsi Yaxın Şərqdəki bazalara eniş edib.



Vaşinqtonun İsrailin tərəfində İrana qarşı hücumlara qatılacağına dair söz-söhbətlərin kölgəsində ABŞ ordusunun bölgədəki hərbi varlığını gücləndirməsi diqqət çəkib.



Beynəlxalq mediada yayımlanan xəbərlərdə qeyd olunur ki, ABŞ Yaxın Şərqdəki bazalarına əlavə hava hücumundan müdafiə sistemləri də daxil olmaqla hərbi texnika göndərib.



ABŞ-ın müdafiə naziri Pit Hegseth 17 iyun tarixində verdiyi açıqlamada Yaxın Şərqə əlavə imkanların yerləşdirilməsi üçün göstəriş verdiyini bildirmişdi.



Ağ Evin sözçüsü Karolin Livitt isə ABŞ prezidenti Donald Trampın İranla danışıqların baş tutma ehtimalını nəzərə alaraq, İrana hücum edib-etməmə barədə qərarını iki həftə ərzində verəcəyini açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu