ABŞ Müdafiə Nazirindən “Yaxın Şərqdəki hərbi və diplomatik mövcudluq qorunacaq” mesajı


ABŞ Müdafiə Naziri Pit Hegseth İsrail ilə İran arasındakı gərginliyin artdığı bir dövrdə ölkəsinin Yaxın Şərqdəki hərbi və diplomatik mövcudluğunu qoruyacağını bildirib.



Fox News kanalına açıqlama verən Hegseth “Hazırıq və ayıq vəziyyətdəyik. Əvvəldən bəri vətəndaşlarımızı və mövcudluğumuzu qorumaq məqsədilə bu bölgədə olduğumuzu daim vurğulamışıq” deyib.



Hegseth, Yaxın Şərqdə yerləşən ABŞ-ın hərbi və diplomatik varlıqlarının qorunacağını bir daha bəyan edib.



Nazir əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında sülhün əldə olunmasına dair ümidini davam etdirir və Trampın məqsədinin İranla nüvə sazişinə nail olmaq olduğunu vurğulayıb.



X sosial şəbəkəsində etdiyi paylaşımında da Hegseth Yaxın Şərq bölgəsinə əlavə imkanların yerləşdirilməsi barədə göstəriş verdiyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu