Tramp G7 zirvəsindən erkən qayıdır


Ağ Ev ABŞ Prezidenti Donald Trampın İsrail ilə İran arasında artan gərginlik səbəbilə Kanadada keçirilən G7 liderlər zirvəsindən bu axşam ayrılacağını açıqlayıb.



Ağ Evin sözçüsü Karolin Leavitt X sosial şəbəkəsindəki paylaşımında Trampın zirvədən erkən ayrılaraq yerli vaxtla bu gecə Vaşinqtona qayıdacağını bildirib.



Leavitt açıqlamasında “Prezident Tramp G7 Zirvəsində əla bir gün keçirdi və hətta Birləşmiş Krallıqla mühüm bir ticarət sazişi imzaladı. Lakin Yaxın Şərqdə baş verən hadisələr səbəbilə Prezident Tramp bu axşam dövlət başçıları ilə keçiriləcək şam yeməyindən sonra zirvədən ayrılacaq” deyə bildirib.



Çərşənbə axşamı davam edəcək zirvədə Trampın G7 liderləri tərəfindən hazırlanan və İsrail ilə İran arasında gərginliyin azaldılması çağırışı edən ortaq mətnə imza atmayacağı da qeyd olunmuşdu.



Amerikanın Fox News kanalında yayımlanan və Ağ Ev rəsmisinə istinadən verilən məlumata görə, Tramp bu axşam Vaşinqtona çatdıqdan sonra milli təhlükəsizlik komandası ilə görüş keçirəcək.



Tramp Ağ Evdəki “Vəziyyət Otağında” Milli Təhlükəsizlik Şurasının komandası ilə bir araya gələrək İsrail-İran gərginliyi ilə bağlı son vəziyyəti müzakirə edəcək.



Mövzuya dair hələlik Ağ Ev tərəfindən rəsmi açıqlama verilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu