Tramp Rusiya və Ukraynanı danışıqlar masasına oturtmağa hazırdır
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin ilk günündə Rusiya və Ukraynanı danışıqlar masasına gətirmək niyyətindədir.
AFN.az "Associated Press"ə istinadən xəbər verir ki, bunu Trampın seçki qərargahının mətbuat katibi Karolin Levitt bildirib.
Leavitt deyib ki, seçkilərdə qalib gəldikdən sonra Tramp Rusiya və Ukrayna arasında sülh sazişi üzrə danışıqlar aparmaq imkanı əldə edəcək. "Tramp bu müharibəni bitirmək üçün [yeni prezidentlik müddətinin ilk günündə Rusiya və Ukraynanı danışıqlar masasına gətirmək niyyətindədir”, deyə o, əlavə edib.