Peruda müvəqqəti Prezident Jeri vəzifəsindən kənarlaşdırıldı



Peru Konqresi sabiq prezident Dina Boluartenin yerinə təyin edilmiş müvəqqəti dövlət başçısı Xose Jerini vəzifəsindən azad edib.

Paytaxt Limada Konqresin iclasında keçirilən səsvermədə sağçı baxışları ilə tanınan Jerinin vəzifədən uzaqlaşdırılması 75 "lehinə", 24 "əleyhinə" və 3 "bitərəf" səslə qəbul edilib.

Peru mətbuatının məlumatına görə, Jerinin vəzifədən kənarlaşdırılmasına səbəb kimi dövlət sifarişlərini icra edən çinli iş adamları ilə keçirdiyi yarıgizli görüşlər və bəzi dövlət məmurlarının işə qəbulu zamanı yol verdiyi iddia edilən qanunsuzluqlar göstərilib.

Konqresdə çoxluğa sahib olan mühafizəkar partiyalar başlanğıcda dəstəklədikləri Jeridən ona qarşı açılan təhqiqatların ictimai narazılığa səbəb olmasından sonra dəstəklərini geri çəkiblər.

Seçkilərə cəmi 2 ay qalmış Konqresin bu qərarı qəbul etməsi ilə Jeri 2016-cı ildən bəri Peruda vəzifəsindən uzaqlaşdırılan 8-ci prezident kimi tarixə düşüb.

Peru Konqresi bu gün parlamentə rəhbərlik edəcək yeni sədri seçəcək. Seçiləcək şəxs 28 iyula qədər prezident vəzifəsini müvəqqəti icra edəcək.

Xatırladaq ki, Konqres sonuncu səsvermədə sabiq prezident Dina Boluartenini "daimi mənəvi qeyri-kafilik" əsası ilə 10 oktyabr 2025-ci il tarixində vəzifəsindən azad etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu