Perunun paytaxtında etirazlar səbəbindən fövqəladə vəziyyət elan edilib


Biz ən azı paytaxt bölgəsində fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul etmək üzrəyik.

AFN.az BBC-yə istinadən xəbər verir ki, bunu Perunun baş naziri Ernesto Alvares deyib. O bildirib ki, paytaxt Limada hökumət əleyhinə etirazçılarla polis arasında toqquşmalarda 32 yaşlı kişi ölüb, əksəriyyəti polis olmaqla 100-dən çox adam yaralanıb.

Etirazlar şəxsi varlanma və etirazların yatırılması ittihamları fonunda Dina Boluartenin devrilməsindən sonra Xose Yerinin prezident kimi and içməsindən bir həftə keçməmiş başlayıb.

Nümayişlər hökumətdən yüksək səviyyədə cinayət və korrupsiya ilə mübarizə üçün daha fəal addımlar atmağı tələb edən gənc fəallar tərəfindən təşkil edilib.

Perunun səkkiz ildə yeddinci prezidenti olan Jeri, xaos səpmək istəyən cinayətkar dəstə üzvlərinin etirazlara başladığını iddia edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu