Peru parlamentində prezidentə qarşı impiçment prosesinin başlanması təklif edilib


Peru Konqresinin bir qrup deputatı cümə axşamı korrupsiya qalmaqallarına görə prezident Dina Boluarteyə qarşı impiçment prosesinin başlanmasını təklif edib.


Bu barədə parlamentin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, bu gün axşam saatlarında Respublika Konqresinin plenumunda ölkə prezidenti Dina Boluartenin "daimi mənəvi imkansızlığa" görə vəzifəsindən kənarlaşdırılması məsələsinin gündəliyə daxil edilməsi təklifi verilib. Təklifi Konqresin 130 deputatından 28-i qəbul edib.

Mətbuat xidmətinin məlumatına görə, təklifdə Boluartenin əli olduğu bir neçə qalmaqal sadalanıb. Xüsusilə, istintaqa maneçilik və qanunsuz varlanma şübhələri qeyd edilib.

Mayın 11-də Peru prokurorluğu antikorrupsiya işləri ilə məşğul olan polis bölməsinin ləğvi ilə əlaqədar Boluarte və istefa vermiş daxili işlər naziri Valter Ortizə qarşı ilkin istintaqa başlayıb. 2022-ci ildə Peru Konqresi prezident Pedro Kastilonu korrupsiya ittihamı ilə impiçment elan etdikdən sonra Boluarte dövlət başçısı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu