BƏƏ və ABŞ rusiyalı hərbçilərin əsirlikdən qaytarılmasında vasitəçilik ediblər


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Amerika Birləşmiş Ştatları rusiyalı hərbçilərin əsirlikdən qaytarılması zamanı humanitar xarakterli vasitəçilik xidmətləri göstəriblər.

AFN.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya hərbi qurumunun bəyanatında bildirilir ki, hər iki ölkənin vasitəçilik səyləri nəticəsində əsirlikdən azad edilən bütün hərbçilər müalicə və reabilitasiya keçmək üçün Rusiyanın tibb müəssisələrinə çatdırılacaqlar. Nazirlik azad edilən hərbçilərə lazımi tibbi və psixoloji yardımın göstəriləcəyini vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu