Liviya Baş Prokurorluğu Qəddafinin oğlunun qətli ilə bağlı xüsusi komissiya yaradıb



Liviyanın Baş Prokurorluğu ölkənin keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslamın qətlini təhqiq etmək məqsədilə xüsusi komissiya formalaşdırıb.

AFN.az-ın məlumatına görə, bu barədə "Libya al-Ahrar" telekanalı xəbər yayıb.

Mənbələrin verdiyi məlumata əsasən, komissiya üzvləri zəruri istintaq tədbirlərini həyata keçirmək üçün yaxın vaxtlarda Ez-Zintan şəhərinə yola düşəcəklər.

"Al Hadath" telekanalı isə bildirib ki, Seyf əl-İslamın ofisi baş verənləri siyasi qətl kimi qiymətləndirib. Qəddafinin oğlunun nümayəndələri hadisə ilə bağlı tam şəffaf araşdırmanın aparılmasını tələb ediblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu