Hannibal Qəddafinin vəkili səhhətinin pisləşdiyini açıqlayıb
Liviyanın mərhum lideri Müəmmər Qəddafinin oğlu Hannibalın məhkəməsiz həbs olunmasına etiraz məqsədilə üçün üç günlük aclıq aksiyasından sonra səhhəti pisləşib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun vəkili Paul Romanos bildirib.
"Hannibal Qəddafi baş ağrılarından, əzələ ağrılarından əziyyət çəkir və hərəkət etməkdə çətinlik çəkir" - deyə vəkili Paul Romanos bildirib.
Hannibal Qəddafi şənbə günü aclıq aksiyasına başlayıb.