Banqladeşdə tərəfsiz keçid hökuməti sistemi yenidən bərpa olundu


Banqladeş Ali Məhkəməsi hakimiyyət dəyişikliyində tətbiq olunan tərəfsiz keçid hökuməti sistemini yenidən bərpa edib.

Banqladeş yerli mətbuatının məlumatına görə, Banqladeş Ali Məhkəməsi ölkədə hakimiyyət dəyişikliyi zamanı tətbiq olunan tərəfsiz keçid hökuməti sisteminin bərpa edilməsinə qərar verib.

Qərarı açıqlayan Ali Məhkəmə sədri Syed Refaat Ahmed məhkəmənin 2011-ci ildə Banqladeşin sabiq Baş naziri Şeyx Hasina Vəcid dönəmində verdiyi əvvəlki hökmü ləğv etdiyini bildirib.

Banqladeş Baş prokuroru Md Asaduzzaman jurnalistlərə açıqlamasında bildirib ki, sözügedən qərar keçmiş keçid hökuməti sistemini yenidən bərpa edir və növbəti parlamentin buraxılmasından 15 gün sonra qüvvəyə minəcək.

Xatırladaq ki, ölkədə hakimiyyət dəyişikliyi zamanı tətbiq olunan tərəfsiz keçid hökuməti sisteminin ləğv olunmasına dair qərar Hasina dönəmindəki siyasi böhranda rol oynadığı iddiası ilə həbs edilərək həbsxanaya göndərilən həmin dövrün Ali Məhkəmə sədri Khairul Haque rəhbərliyində verilmişdi.

Hasina hökuməti digər siyasi partiyaların kəskin etirazlarına baxmayaraq sistemi ləğv etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu