Banqladeşin keçmiş baş nazirinə qarşı yüzlərlə ittiham irəli sürülüb


Banqladeşin keçmiş baş naziri Şeyx Hasinaya qarşı irəli sürülən ittihamların sayı artmaqda davam edir və hazırda ona qarşı 198 ittiham irəli sürülüb.


AFN.az xəbər verir ki, bu barədə "The Daily Star" məlumat yayıb.

Nəşrin məlumatına görə, siyasətçi 177 qətl, 11 insanlıq və soyqırım əleyhinə cinayət, adam oğurluğu, həmçinin müxalifət tərəfdarlarına hücumlarda ittiham olunur. Hakimiyyət orqanları iyul və avqust aylarında hökumət əleyhinə nümayişçilərin yüzlərlə ölümü ilə bağlı ümummilli araşdırma çərçivəsində bu iddiaları araşdırır. İttihamlarda iddia olunur ki, iyulun 15-dən avqustun 5-dək Şeyx Hasina və hakim Avami Liqası partiyasının digər liderləri və fəallarının göstərişi ilə polis etirazçılara fərq qoymadan atəş açıb, nəticədə çoxlu sayda insan həlak olub.

Oxşar ittihamlar keçmiş xarici işlər naziri Həsən Mahmud, keçmiş daxili işlər naziri Əsəduzzaman Xan və Ədliyyə Nazirliyinin rəhbəri Anisur Rəhman da daxil olmaqla bir neçə şəxsə qarşı irəli sürülüb. Təqsirləndirilənlər arasında keçmiş baş nazirin bacısı Şeyx Rehana, oğlu Sajeeb Uazed Joy və qızı Saima Uazed də var.

Banqladeş hakimiyyətinin fikrincə, Şeyx Hasinaya qarşı müxtəlif cinayətlərdə çoxsaylı ittihamlar siyasətçinin dərhal Beynəlxalq Cinayət Məhkəməsində (ICC) məsuliyyətə cəlb edilməsinə xidmət etməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu