Üç çinli astronavt kosmosda qapalı qaldı - Dönüş tarixi açıqlanmır
Yer orbitində dövr edən Tiangong kosmos stansiyasında olan üç çinli astronavt geri dönüş kapsullarının zədələnməsi səbəbindən evə qayıda bilmir. Shenzhou 21 missiyasının üzvləri Çjan Lu, Vu Fei və Çjan Honqjanq keçən cümə günündən bəri stansiyada qapalı vəziyyətdədir.
Tək geri dönüş vasitəsi noyabrın əvvəlində kosmik tullantı ilə toqquşma nəticəsində zədələnib.
Çin İnsanlı Kosmos Agentliyi (CMSA) toqquşmanın çox kiçik bir kosmik qalıq parçası səbəbindən baş verdiyini açıqlayıb. Toqquşma vasitənin müşahidə pəncərəsində çat yaradıb.
CMSA rəsmiləri təhlükəsiz bir yedək vasitə göndərmək üçün çalışdıqlarını bildiriblər. Rəsmi dönüş tarixi açıqlanmasa da uçuş qeydləri 25 noyabrda bir buraxılışın planlandığını göstərir. Bu vaxta qədər üç astronavt stansiyada qalmaq məcburiyyətindədir.
Bəzi mütəxəssislər gözləmə müddətində risklərin artacağına diqqət çəkirlər. Əvvəlki missiyadan gələn üç astronavt sağlam dönüş vasitəsi ilə Yerə qayıtmışdı. Bütün heyətin yedək vasitə gələnədək stansiyada saxlanılmasının səbəbi açıqlanmasa da, əvvəlki heyətin dönüşünün gecikməsi səbəbindən stansiyada resursların azalması ehtimal edilir.
