Kosmosda qapalı qalan astronavtlardan biri 7 aydan sonra kosmos gəzintisinə çıxıb
ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) kosmosda qapalı qalan iki astronavtından biri olan Suni Uilyams Beynəlxalq Kosmik Stansiyada (BKS) 7 ay qaldıqdan sonra ilk kosmos yürüşünü həyata keçirib.
NASA TV-nin BKS-dən əldə etdiyi görüntülərdə 7 aydır stansiyada ilişib qalan Buç Vilmor və Uilyamsın kosmosa çıxdığı anlar əks olunub.
BKS Türkmənistandan 260 mil (420 kilometr) hündürlükdə uçarkən baş verən kosmosda gəzinti zamanı qadın astronavt Uilyamsın radio vasitəsilə “Mən bayıra çıxıram” deyə səsləndiyi eşidilib.
Qeyd edək ki, Vilmor və Uilyams 5 iyun 2024-cü ildə "Boeing"in yeni "Starliner" kapsulunda bir həftəlik sınaq uçuşu üçün ISS-ə göndərilib. Lakin "Starliner"də yaranan texniki problem səbəbindən iki astronavtın geri qayıtma tarixi təxirə salınıb və NASA kapsulun boş qayıtması barədə göstəriş verib.