Tramp Ukrayna böhranının həll olunacağına yenidən əminliyini ifadə edib


ABŞ Prezidenti Donald Tramp Ukrayna böhranının həll olunacağına əmin olduğunu bildirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, Vaşinqtonda keçirilən Amerika-Səudiyyə biznes-forumunda çıxış edərkən danışıb.

“Mən səkkiz münaqişəni həll etmişəm, bircə bu qalıb. Mən düşünürdüm ki, bu, sadə olacaq, çünki prezident Vladimir Putinlə yaxşı münasibətlərim var. Amma indi prezident Putin məni bir qədər məyus edib, o bunu bilir” - deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin qeyd edib ki, Rusiya prezidenti ona telefon danışığında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üzrə razılaşmaların imzalanmasına inana bilmədiyini söyləyib. "O, cavab verdi ki, Ukrayna böhranının həllində köməyə ümid edir. 'Mən sizin köməyinizə ehtiyac duyuram' " - deyə o bildirdi. Trampın sözlərinə görə, bu məsələyə son qoyulacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu