"Reuters": ABŞ Ukraynadan ərazi güzəştləri tələb edir



ABŞ-ın Ukrayna böhranının həlli ilə bağlı hazırladığı yeni plan Kiyevin bəzi ərazilərdən və silah növlərindən imtinasını, həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını nəzərdə tutur.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ administrasiyasının nümayəndələri Vladimir Zelenskiyə Vaşinqtonun hazırladığı çərçivə sazişinin Kiyev tərəfindən qəbul edilməli olduğunu bildiriblər. Agentlik yazır ki, sənəd ərazi güzəştləri, müəyyən silah sistemlərindən imtina və ordu sayının ixtisarı kimi müddəaları ehtiva edir. “Vaşinqton istəyir ki, Kiyev bu əsas prinsipləri qəbul etsin”, – deyə "Reuters" qeyd edir.

"Axios" portalının məlumatına əsasən, ABŞ və Rusiya arasında müzakirə edilən planın hazırkı layihəsi 28 bənddən ibarətdir və Ukrayna ilə Avropa üçün təhlükəsizlik təminatlarını da əhatə edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu