Çilidə təbiət yürüşü edən 5 turist fırtına səbəbindən öldü


Çilinin turist bölgəsi Pataqoniyada təbiət yürüşü edən 5 turist güclü fırtına səbəbindən həyatını itirib, 7 nəfər isə itkin düşüb.

Milli mətbuata istinadən xəbər verilir ki, Pataqoniyadakı Torres del Paine Milli Parkında yürüş edən turist qrupu qəfildən baş verən güclü fırtınaya tutulub.

İlkin məlumatlara görə, 2 Meksikalı, 2 Alman və 1 İngilis turist həlak olub, 7 nəfərin isə itkin olduğu bildirilib.

Fırtına zamanı küləyin sürətinin saatda 189 kilometrdən yuxarı qalxdığı və bölgədə qarla qarışıq yağışın müşahidə olunduğu qeyd edilib.

Çili Meşə İdarəsi (CONAF) açıqlamasında 24 nəfərlik axtarış-xilasetmə qrupunun bölgəyə göndərildiyini və itkinlərin tapılması üçün işlərin diqqətlə davam etdirildiyini bildirib.

Çətin relyef və pis hava şəraiti səbəbindən itkin şəxslərin sağlamlığı ilə bağlı narahatlıq ifadə olunur.

Qeyd edək ki, turistlərin həyatını itirdiyi Torres del Paine Milli Parkı Çilinin və bütün Cənubi Amerikanın ən önəmli turizm istiqamətlərindən biri kimi qəbul edilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu