İslandiyada buzlağın uçması nəticəsində bir turist ölüb


Bir qrup turist İslandiyada buzlaqı ziyarət edərkən buzlaq çöküb və bir xarici turist ölüb.



Yerli KİV-in məlumatına görə, ikinci turist yaralanıb, lakin onun aldığı xəsarətlərin həyatı üçün təhlükə yoxdur. İki nəfər isə itkin düşüb.

Ötən gün İslandiyada 25 nəfərlik bir qrup bələdçi ilə buz mağarasını ziyarət edərkən buzlaq çöküb.

Çətin şəraitlə əlaqədar Breidamerkurjokull buzlaqında itkin düşənlərin axtarışı səhərə qədər dayandırılıb.

Təcili yardım briqadaları itkin düşənləri xilas etmək üçün hərəkətə keçib.

Yerli polis rəisi Sveinn Kristjan Runarsson hadisə yerindəki vəziyyəti qiymətləndirərək, "Şərait çox çətindir. Biz buzlaqın içində olduğumuz üçün avadanlıq gətirmək çətindir. Hər şey əl ilə edilir" deyib.

Bazar günü xilasetmə əməliyyatında 200 nəfərin çalışdığı açıqlanıb. Lakin itkin düşənlərlə hələlik əlaqə qurulmayıb.

Polis rəisi bütün qrupun xarici turistlərdən ibarət olduğunu və mağara turunu ləğv etmək üçün heç bir səbəb olmadığını bildirib. O, buz mağarasına turların il boyu keçirildiyini və bu cür hadisələrin bəxtsizlikdən baş verə biləcəyini bildirib.

Mənbə: BBC



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu