Türkiyədə itən rusiyalı turist neçə gündür axtarılır


Türkiyə Fövqəladə Hallar Nazirliyi və Türkiyə Sahil Mühafizəsi itkin düşən rusiyalı turisti axtarır, lakin hələlik nəticə verməyib.


Rusiyanın Antalyadakı Baş Konsulluğundan RİA Novosti-yə verilən məlumata görə, rusiyalı turist Natalya Somova avqustun 17-dən Türkiyənin cənub-şərqindəki Muğla kurort vilayətində itkin düşüb. Türkiyə tərəfi onun axtarışı üçün əməliyyat keçirir.

“Avqustun 19-da Türkiyənin Antalyadakı Baş Konsulluğuna avqustun 17-də dağlara gəzintiyə çıxan və otelə qayıtmayan rusiyalı turistin Türkiyənin Marmaris şəhərində itkin düşməsi barədə məlumat daxil olub. Axtarış tədbirlərinin təşkili üçün Baş Konsulluğun diplomatları dərhal Türkiyə rəsmiləri və rusiyalı qadının Türkiyəyə gəldiyi turoperatorla əlaqə yaradıblar. Hazırda Fövqəladə Hallar Nazirliyinin və Türkiyə Sahil Mühafizəsinin qüvvələrinin iştirakı ilə onun axtarışı davam etdirilir, könüllülərdən və fəallardan ibarət qruplar təşkil olunub. Təəssüf ki, onlar hələ də nəticə verməyiblər. Rusiyalı turistin itkin düşməsi ilə bağlı vəziyyət Baş Konsulluğun prioritet nəzarəti altındadır. Diplomatlar Türkiyə tərəfi və itkin düşən vətəndaşın qohumları ilə əlaqə saxlamağa davam edir”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu