Şimali Koreya Cənubi Koreyanın nüvə gəmisini tənqid etdi


Şimali Koreya mətbuatında ABŞ-ın Cənubi Koreyanın nüvə ilə işləyən sualtı gəmilər hazırlama planına razılıq verməsindən sonra bunun nüvə domino effekti yaradacağı qeyd edilib.

Şimali Koreya Mərkəzi Xəbər Agentliyində (KCNA) Cənubi Koreya ilə ABŞ arasında imzalanan ticarət müqaviləsi və təhlükəsizlik əməkdaşlığı ilə bağlı qiymətləndirmə yazısı yayımlanıb.

Yazıda bu əməkdaşlığın ABŞ-Cənubi Koreya ittifaqının gələcəkdə daha təhlükəli olacağına işarə etdiyi bildirilərək, iki ölkənin Şimali Koreyaya qarşı düşmən münasibət göstərmək iradəsini ortaya qoyduğu ifadəsi yer alıb.

ABŞ idarəsinin Cənubi Koreya Donanmasının nüvə ilə işləyən sualtı gəmi hazırlama planına razılıq verməsinin Asiya-Sakit Okean bölgəsində hərbi təhlükəsizlik vəziyyətini sarsıda biləcəyi qeyd edilən yazıda “Cənubi Koreyanın sualtı nüvə gəmisi sahibi olması bölgədə nüvə domino effekti yaradaraq silahlanma yarışını sürətləndirəcək” qiymətləndirilməsinə yer verilib.

Yazıda həmçinin iki ölkə tərəfindən yayımlanan sənədlərdə “Koreya Yarımadası” ifadəsi əvəzinə “Şimali Koreyanın tamamilə nüvə silahlardan azad edilməsi” ifadəsinin yer alması tənqid edilib.

Digər tərəfdən, Yonhap xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya Prezident Administrasiyasının sözçüsü Kang Yu-jung bu qiymətləndirmə yazısı ilə bağlı açıqlama verib.

KCNA-nın yazısının əksinə olaraq, hökumətin Şimali Koreyaya qarşı düşmən niyyəti olmadığını bildirən sözçü Kang “Koreyalararası gərginliyi azaltmaq və etimadı bərpa etmək üçün işimizi davam etdirəcəyik” ifadəsini işlədib.

Kang ABŞ ilə təhlükəsizlik əməkdaşlığının milli maraqları qoruma məqsədini daşıdığını və bu əməkdaşlığın Koreya Yarımadasında sülh və sabitliyə töhfə verməsi üçün səylərin davam etdirildiyini vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu