Cənubi Koreya və Avstraliya Şimali Koreyanın nüvə problemi ilə bağlı əməkdaşlığı gücləndirəcək

Cənubi Koreya Prezidenti Li Cae-myung və Avstraliyanın Baş naziri Entoni Albanese Şimali Koreyanın nüvə problemi ilə bağlı əməkdaşlığı artırmaq qərarına gəliblər.
Yonhap agentliyinin xəbərinə görə, Prezident Li və Baş nazir Albanese Kanadada keçirilən G7 Liderlər Zirvəsi çərçivəsində görüşüblər.
Görüş zamanı Koreya Yarımadasında sülh məsələsini müzakirə edən tərəflər Şimali Koreyanın nüvə potensialına qarşı birgə əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.
Albanese həmçinin iki ölkə arasında müdafiə, silah sənayesi və təmiz enerji kimi müxtəlif sahələrdə əməkdaşlığın genişlənəcəyinə ümid etdiyini bildirib.