İraqda seçkilərin rəsmi nəticələri açıqlanıb


İraq Müstəqil Ali Seçki Komissiyası 11 noyabr tarixində keçirilən ümumi seçkilərin rəsmi nəticələrini açıqlayıb.

Rəsmi və yekun nəticələrə görə, Baş nazir Məhəmməd Şiya əs-Sudaniyin rəhbərlik etdiyi "Yenidənqurma və İnkişaf Koalisiyası" birinci olub.

Ölkə üzrə ikinci yeri sabiq parlament sədri Məhəmməd Halbusi rəhbərlik etdiyi "Təkəddüm" partiyası, üçüncü yeri isə keçmiş baş nazirlərdən Nuri əl-Malikin “Dövlətin Qanunu Koalisiyası” qazanıb.

Şiə “Asayib Əhlil-Həqq” hərəkatı isə dördüncü yerə yüksəlib.

Qeyd edək ki, İraqda 11 noyabrda keçirilən seçkilərdə iştirak səviyyəsi 56 faiz olaraq açıqlanmışdı.

İraq Kürdüstan Regional İdarəsində (İKRY) isə KDP birinci olub.

İraq Türkmən Cəbhəsinin (İTC) də İraq üzrə millət vəkili sayı 2 olub.

Şiə Koordinasiya Çərçivəsi də nəticələrin açıqlanmasından sonra parlamentin ən böyük qrupu olduğunu bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu