İraqda ümumi seçkilərdə səsvermə başa çatdı
İraqda keçirilən ümumi seçkilərdə səsvermə prosesi sona çatıb.
İraq Müstəqil Ali Seçki Komissiyası ölkə üzrə keçirilən səsvermənin bitdiyini və səslərin toplanacağı sandıqların bağlandığını açıqlayıb.
Komissiya bildirib ki, seçim prosesi ərzində texniki və ya inzibati baxımdan heç bir problem qeydə alınmayıb.
İraq ümumi seçkilərində 329 yerlilik parlament üçün 7.744 namizəd yarışıb.
Ali Seçki Komissiyası nəticələrin səslərin sayılmasından 24 saat sonra açıqlanacağını bəyan etmişdi.
Parlament seçkiləri əsasən simvolik bir vəzifə olan və kürdlərə ayrılan prezidentin seçilməsi və yeni baş nazirin müəyyənləşdirilməsi prosesinin başlanğıcını təşkil edəcək. Bu iki mərhələ siyasi razılaşma yolu ilə həyata keçirildiyi üçün aylarla davam edə bilər.


