Almaniyada ümumi seçkilərdə səsvermə başlayıb


Almaniyada insanlar ümumi seçkilərdə səs vermək üçün sandıq başına gedirlər.


Ölkədə 21-ci dövr Federal Parlamentinə (Bundestaq) qatılacaq deputatların seçilməsi üçün səsvermə prosesi yerli vaxtla saat 08:00-da başlayıb.

Seçicilər yerli vaxtla saat 18:00-a qədər səs verə biləcəklər.

59,2 milyon seçicinin səsvermə hüququna malik olduğu seçkilərdə 29 partiya iştirak edir.

İlk dəfə səs verən gənclərin sayı 2,3 milyon, yaşı 70-dən yuxarı olan seçicilərin sayı isə 13,7 milyon olaraq açıqlanıb.

Seçkilərdə 630 yerlik parlamentdə deputat olmaq üçün 1422-si qadın olmaqla 4506 namizəd mübarizə aparır.

Almaniyada 16 əyalətdə qurulan 299 seçki dairəsindəki təxminən 90 min seçki məntəqəsində 675 min adam xidmət göstərəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu