Dəri xərçənginin virus mənşəyi aşkar edildi


Alimlər ən çox rast gəlinən xərçəng növlərindən biri olan dəri xərçənginin gözlənilməz bir virus mənşəyini müəyyən ediblər. Yeni tapıntılar göstərir ki, əvvəllər zərərsiz hesab edilən insan papilloma virusunun (HPV) bir növü birbaşa xərçəngin yaranmasına səbəb ola bilər.

ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutundan (NIAID) immunoloq Andrea Liskonun rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, “beta-HPV” adlanan virus immun sistemi zəif olan insanlarda hüceyrələrin DNT-sinə yerləşərək xərçəngin inkişafını sürətləndirə bilir.

Araşdırma alnında kutanöz skuamöz hüceyrəli karsinoma (cSCC) adlanan dəri xərçəngi növü inkişaf edən 34 yaşlı bir qadının yoluxması ilə başlayıb. Qadının şişləri immunoterapiyacərrahi əməliyyatlara baxmayaraq, təkrar-təkrar yaranırdı.

Genetik analiz nəticəsində məlum olub ki, şiş toxumasında beta-HPV virusu hüceyrə DNT-sinə inteqrasiya olunub və virus xərçəng hüceyrələrində şişin böyüməsini dəstəkləyən zülallar istehsal edir. Bu nəticə beta-HPV-nin ilk dəfə insan hüceyrəsinin DNT-sinə daxil olduğunu sübut etməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Qadında həmçinin ZAP70 adlı bir immun hüceyrə zülalındakı pozuntu səbəbindən T hüceyrələrinin HPV-yə qarşı müdafiə yarada bilmədiyi müəyyən edilib.

Xəstəliyin əsas səbəbi müəyyən edildikdən sonra qadına sümük iliyi kök hüceyrə nəqli həyata keçirilib. Nəql nəticəsində onun immun sistemi yenilənib və həm dəri xərçəngi, həm də digər HPV-mənşəli xəstəliklər tamamilə aradan qalxıb. Üç illik müşahidə dövründə xəstəlik təkrarlanmayıb.

Dr. Lisko bildirib ki, bu nəticə müxtəlif sahələrdən olan alimlərin birgə əməkdaşlığı sayəsində əldə olunub:

Bu kəşf və uğurlu müalicə, virolojiya, immunologiya, onkologiya və transplantasiya üzrə mütəxəssislərin birgə işi nəticəsində mümkün oldu” – deyə o qeyd edib.

Tədqiqatçılar vurğulayıblar ki, bu nəticə ultrabənövşəyi (UV) şüaların dəri xərçəngindəki rolunu kiçiltmir, lakin bəzi hallarda virusların da birbaşa xərçəng səbəbi ola biləcəyini göstərir.

Adətən zərərsiz hesab edilən beta-HPV kimi virusların immun sistemi zəif insanlarda ölümcül nəticələr doğura biləcəyi bildirilib.

Dr. Lisko bu kəşfin fərdi müalicə üsullarının inkişafı baxımından mühüm addım olduğunu qeyd edib.

Araşdırma New England Journal of Medicine jurnalında dərc olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu