Tramp Cənubi Koreyanın nüvə sualtı qayıqlarına ehtiyacı olduğunu qəbul edir


Koreya Respublikasının özünün nüvə enerjisi ilə işləyən sualtı qayıqlarına ehtiyacı var.

Bunu ABŞ Prezidenti Donald Tramp deyib. AFN.az xəbər verir ki, bu barədə Koreya Respublikası Prezidentinin Milli Təhlükəsizlik Müşaviri Vi Sonq-lak bildirib.

Vi Sonq-lak Cənubi Koreya-ABŞ sammitindən sonra keçirilən brifinqdə bildirib: “Prezident Tramp Koreya Respublikasının nüvə enerjisi ilə işləyən sualtı qayıqlara ehtiyacı olduğu ilə razılaşır və o, əlavə məsləhətləşmələr aparmaq niyyətində olduğunu bildirib”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu