Cənubi Koreya Şimali Koreyanın nüvə sualtı qayıqları inşa etməyə başladığına dair əlamətlər aşkar edib
Cənubi Koreya ordusu və kəşfiyyatı Şimali Koreyanın nüvə enerjisi ilə işləyən sualtı qayıqlar inşa etməyə başladığına dair əlamətlər aşkar etdiklərini açıqlayıb.
"Yonhap"ın məlumatına görə, Müdafiə Kəşfiyyat Agentliyi hakim Xalq Gücü Partiyasının müavini Kanq Dae-scikə göndərdiyi hesabatda Şimali Koreyada sualtı qayıqların tikintisinin başlanğıcı kimi görünən qismən işarələrin aşkar edildiyi barədə xəbərdarlıq edib.
Heç bir təfərrüat paylaşmayan hesabatda "Hələ tikintinin ilk mərhələsində olduğundan nüvə enerjisi ilə işlədiyinin daha çox təsdiqlənməsinə ehtiyac var" ifadə edilib.
"Yonhap"a danışan bir hərbi səlahiyyətli Şimalın sualtı ilə əlaqəli obyektlərinin yerləşdiyi şimal-şərq Sinpo bölgəsində mövcud gəmilərdən daha böyük bir sualtı gəmi inşa etdiyini müəyyən etdiklərini söyləyib.
Rəsmi qeyd edib ki, sözügedən layihənin əhatə dairəsi və onun nüvə enerjisi ilə bağlı olub-olmaması sualtı qayığın dəqiq tonajı və digər detalları açıqlandıqdan sonra dəqiq müəyyən edilə bilər.
Ordunun sözügedən layihə sahəsinin böyüklüyünə görə gəminin nüvə enerjili olması ehtimalını araşdırdığı bildirilsə də, hərbi rəsmilər Şimalın hələlik bu böyüklükdə sualtı qayıq üçün nüvə reaktoru və digər əsas komponentləri almadığını vurğulayıb.
Mənbə: AA