17-dən çox NATO ölkəsi Kiyev üçün ABŞ-dan silah alacaq


17-dən çox NATO ölkəsi müttəfiqlərin Ukrayna üçün Amerika ehtiyatlarından silah aldığı Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısı (PURL) təşəbbüsünə qoşulub.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib. O, bu barədə Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı, ABŞ generalı Aleksus Qrinkeviç ilə telefon danışığından sonra Telegram kanalında yazıb: "17-dən çox NATO ölkəsi Ukrayna üçün Amerika silahlarının alınmasını kollektiv şəkildə maliyyələşdirmək üçün PURL təşəbbüsünə qoşulub".

Sırski əlavə edib ki, o, amerikalı generala döyüş zonasındakı vəziyyət barədə məlumat verib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu