Finlandiya ABŞ-dan Ukraynaya silah alacaq



Finlandiya hökuməti ABŞ-dan Ukraynaya silah tədarükü üzrə ilkin razılığa gəlib, lakin yekun qərar hələ qəbul edilməyib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, silahlar "Prioritised Ukraine Requirements List" (PURL) proqramı çərçivəsində alına bilər və hazırlıqlar artıq davam edir.

Əvvəllər Helsinki yerli istehsalçılardan silah alıb göndərməyi planlaşdırırdı. Baş nazir Petteri Orpo Ukraynaya göndəriləcək 30-cu hərbi paket üzərində işlədiklərini açıqlayıb. 2022-ci ildən bəri Finlandiya Kiyevə 3,3 milyard avrodan çox hərbi yardım göstərib.

PURL proqramı ABŞ prezidenti Donald Tramp və NATO baş katibi Mark Rutte tərəfindən elan olunub. Proqramla NATO ölkələri ABŞ ehtiyatlarından Ukraynaya silah alır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu