İsrailin Qəzzaya hücumları nəticəsində 45 nəfər həlak olub
İsrail ordusunun atəşkəsə baxmayaraq, Qəzzada həyata keçirdiyi hücumlarda 45 nəfər həyatını itirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 24 saat ərzində dağıntılar altından 12-si çıxarılan 57 ölü və 158 yaralı Qəzza zolağındakı xəstəxanalara çatdırılıb.
Açıqlamada qeyd olunub ki, atəşkəsə baxmayaraq, son sutkada mülki şəxsləri hədəf alan hücumlarda 45 nəfər ölüb, 158 nəfər yaralanıb.
Bildirilib ki, İsrailin Qəzza zolağına 2023-cü il oktyabrın 8-də başlayan hücumları nəticəsində ölənlərin sayı 68 216 nəfərə, yaralıların sayı isə 170 361 nəfərə çatıb.
Həmçinin son atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri İsrailin davam edən hücumlarında 80 fələstinli həlak olub, 303 nəfər yaralanıb. Dağıntılar altından 426 cəsədin çıxarıldığı da qeyd edilib.
Qəzza zolağında minlərlə ölünün kütləvi məzarlıqlarda basdırıldığı bildirilir.


