İsrailin Qəzzaya zərbələri 24 saatda 34 nəfərin həyatına son qoyub - “Əl-Cəzirə”

İsrailin hava hücumları nəticəsində Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda ən azı 34 nəfər həlak olub.
Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilir ki, İsrail ordusunun Cəbəliyyə, Deyr əl-Bələh, Qəzza, Xan Yunis şəhərləri və onlara bitişik yaşayış məntəqələrini atəşə tutması, bombalaması və basqınları zamanı azı 34 fələstinli həlak olub.
Qəzza zolağının Səhiyyə Nazirliyi bildirir ki, İsrailin 2023-cü ilin oktyabrından bu yana bölgəyə təcavüzü nəticəsində ölənlərin ümumi sayı 50 357 nəfərə çatıb, 114 400 nəfər yaralanıb. Atəşkəs razılaşmasının müddəti başa çatdıqdan sonra İsrailin anklavda döyüşləri bərpa etdiyi 2025-ci il martın 18-dən bu yana bölgədə 1000-dən çox insan həlak olub, 2359 nəfər yaralanıb.