Son 24 saatda Qəzzada 98 nəfər həlak olub

İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 98 nəfər həlak olub
AFN.az xəbər verir ki, Qətərin "Əl-Cəzirə" telekanalı Qəzza zolağındakı Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, İsrailin hava zərbələri nəticəsində son 24 saat ərzində azı 98 nəfər həlak olub, 300 nəfər isə xəsarət alıb.
Qəzza Səhiyyə Nazirliyinin statistikasına əsasən, İsrailin döyüşləri 18 mart 2025-ci ildə yenidən başlamasından bu günə qədər 3 427 nəfər ölüb, 9 647 nəfər yaralanıb.
Ümumilikdə, Fələstin-İsrail münaqişəsinin 2023-cü ilin oktyabrında alovlanmasından bu yana 53 573 nəfər həyatını itirib, 121 688 nəfər isə yaralanıb.