Zelenski: Mən Donbasdan geri çəkilmək tələbi ilə razı deyiləm


Vladimir Zelenski etiraf edib ki, Vaşinqtonda keçirilən görüşdə ABŞ prezidenti Donald Trampın komandasının nümayəndələri Kiyevdən Donbasdan çıxmağı təklif ediblər.

Zelenski bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff bu ərazilərin konstitusiyasına görə Rusiyanın bir hissəsi olduğuna işarə edib: “Cənab Vitkoff deyir ki, bu konstitusiyaya salınıb. Lakin mən Donbasdan geri çəkilmək tələbi ilə razı deyiləm”.

Ukrayna liderinin sözlərinə görə, Trampın komandasının nümayəndələri həmçinin Ukraynanın hərbi əməliyyatlardakı fasilədən hücuma hazırlaşmaq üçün istifadə edə biləcəyindən narahatdırlar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu