Fələstin prezidentinin nümayəndəsi: Qəzzada vəziyyət qeyri-sabitdir


Atəşkəsin başlanmasına baxmayaraq Qəzza zolağında vəziyyət qeyri-sabit olaraq qalır.

AFN.az xəbər verir ki, bunu Fələstin prezidentinin xüsusi nümayəndəsi və keçmiş baş nazir (2019-2024) Məhəmməd Ştaye bildirib. O, bu barədə Cenevrədə, BMT-də akkreditə olunmuş Jurnalistlər Assosiasiyası üçün brifinqdə açıqlama verib: “Biz, bildiyiniz kimi, atəşkəsin əldə olunmasından çox məmnunuq və bunun davamlı olacağına ümid edirik. Lakin deməliyəm ki, vəziyyət qeyri-sabit olaraq qalır".

Məhəmməd Ştayenin sözlərinə görə, ərzaq yardımı hələ tam olaraq Qəzzaya çatdırılmayıb. Bundan əlavə, Qəzzaya bütün giriş nöqtələri hələ açılmayıb. "Onlar qismən açıqdır; xüsusən də Rəfah sərhəd keçid məntəqəsi yalnız bu gün səhər açılıb", - deyə nümayəndə əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu