Ağ Ev əməkdaşlarının üçdə biri işdən azad edilir
ABŞ prezidenti Donald Trampın administrasiyası hökmətdə yaranan şatdaun fonunda Ağ Evdə çalışan əməkdaşların təxminən üçdə birini ödənişsiz məzuniyyətə göndərəcək.
AFN.az xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında dərc olunan planda qeyd olunub.
Sənədə əsasən, 1 733 nəfərlik heyətin 554 nəfəri müvəqqəti olaraq işə çıxmayacaq, qalan əməkdaşlar isə fəaliyyətini əvvəlki qaydada davam etdirəcək. Yeni yaradılan Federal Hökumətin Effektivliyini Artırma İdarəsinin (DOGE) isə fəaliyyətinə toxunulmayacaq – 45 əməkdaşın hamısı vəzifəsində qalacaq.
Ağ Evin İdarəetmə və Büdcə Ofisində 530 nəfərdən 437-si işdə saxlanılacaq ki, bu da administrasiyanın digər bölmələri ilə müqayisədə daha yüksək göstəricidir.
Ağ Evin şatdaunla bağlı ixtisarların aparılacağı qurumların siyahısını əvvəldən hazırlayıb. Mənbələrin bildirdiyinə görə, bəzi agentliklər həyata keçirdikləri müxtəliflik, bərabərlik və inklüzivlik siyasətinə görə hədəfə alınıb. Lakin əsas səbəb Tramp administrasiyasının prioritetlərinə uyğun gəlməmələridir.
