Madaqaskarda etirazlardan sonra prezident hökuməti istefaya göndərdi


Madaqaskar Prezidenti Andry Rajoelina ölkə miqyasında günlərdir davam edən elektrik və su kəsintilərinə qarşı etirazlardan sonra Baş nazir Kristian Ntsay və bütün kabinet üzvlərini vəzifədən azad etdiyini açıqlayıb.

Rajoelina milli televiziyada çıxışı zamanı bildirib ki, xalqın reaksiyasını nəzərə alaraq hökuməti ləğv edib ki, ölkə yenidən stabilləşsin və islahatların yolu açılsın.

Prezident yeni hökumət formalaşana qədər mövcud kabinetin yalnız rutin işləri davam etdirəcəyini qeyd edib.

Xatırladaq ki, paytaxt Antananarivo və bir sıra digər şəhərlərdə minlərlə insan həftələrlə davam edən su və elektrik kəsintilərini protest etmək üçün küçələrə çıxmış, nümayişlər təhlükəsizlik qüvvələri ilə qarşıdurmalara çevrilmişdi.

Polis hadisələrə gözyaşardıcı qazla müdaxilə edib, ölü və yaralıların olduğu bildirilmişdi.

Xüsusilə gənclər etirazların ön cərgəsində yer almış, hökumətdən ictimai xidmətlərin yaxşılaşdırılmasını və korrupsiyaya qarşı mübarizəni tələb etmişdilər.

Şiddət hadisələrinin artması səbəbindən bəzi şəhərlərdə komendant saatı tətbiq edilmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu