Macarıstan Kiyevin addımlarına cavab olaraq 12 Ukrayna portalını bloklayıb
Macarıstan hakimiyyəti, Kiyevin oxşar addımlarına cavab olaraq, 12 Ukrayna xəbər resursunu bloklamağa qərar verib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orbanın kabinet rəhbəri Qerqey Guyyaş bildirib.
Guyyaş qeyd edib ki, qarşılıqlı prinsiplərə əsaslanaraq, Macarıstan bu gün Ukrayna xəbər portallarına qarşı eyni tədbirlər tətbiq edir və onlar Macarıstan ərazisində əlçatan olmayacaq. O, suveren dövlətin tamamilə əsassız hücuma adekvat cavab verməli olduğunu vurğulayıb.
Kabinet rəhbəri əlavə edib ki, əgər Ukrayna dövlət senzurası tətbiq etməyi planlaşdırırsa, onun Aİ-yə üzvlük arzularından imtina etməsi vaxtıdır. Bloklamanın səbəbi, Kiyevin Macarıstan mediasının milyarder Corc Sorosun “Açıq Cəmiyyət Fondu”nun fəaliyyətini işıqlandırması olub.



